Menyu

FHN-in Aran Regional Mərkəzi ağacəkmə aksiyası keçirib

Şəfa Hüseynli
FHN-in Aran Regional Mərkəzi ağacəkmə aksiyası keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirib.

Operativ Media-ya bu barədə FHN-dən məlumat verilib.

Aran RM-in rəisi polkovnik-leytenant Ramin Orucovun və şəxsi heyətin iştirakı ilə keçirilən ağacəkmə aksiyası Mərkəzin ərazisində təşkil olunub.

Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin təbliğ edilməsi olub.

Ağacəkmə aksiyası çərçivəsində Regional Mərkəzin ərazisində eldar şamları əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər