Biləcəridə quldurluq edən köhnə məhkum saxlanılıb

Nərmin Qocamanlı
Biləcəridə quldurluq edən köhnə məhkum saxlanılıb

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində bir nəfərdən və 2 avtomobildən mobil telefon oğurlamaqda, bir nəfərə qarşı isə dələduzluq etməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Qulam Qulamov saxlanılıb.

Bu barədə DİN mətbuat xidmətindən "Operativ Media"ya bildirilib.

Şəxsi axtarış zamanı ondan heroin aşkar olunub.

Araşdırmalarla onun ötən il dekabrın 27-də saat 2 radələrində Biləcəri qəsəbəsi ərazisində sərnişini olduğu “Khazar” markalı avtomobilin sürücüsünün 65 manatını və mobil telefonunu quldurluq yolu ilə talaması da müəyyən olunub. 


Araşdırma aparılır.

Digər xəbərlər