"Bu il üçün Hirkan meşələrinin UNESKO-nun irs siyahına salınması istiqamətində müsbət nəticənin əldə olunması gözlənilir".
"Operativ Media" xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O qeyd edib ki, bununla bağlı son yekun sənədlər təqdim edilib və qarşı tərəfdən hər hansı etiraz bildirilməyib.
"Eyni zamanda palçıq vulkanları və Zaqatala qoruğu ilə bağlı beynəlxalq layihələr davam edir. Zaqatala-Balakən biosfer qoruğunun vətəndaşlar üçün daha əlçatan olması nəzərdə tutulur"- deyə o qeyd edib.






