Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb 

Nərmin Qocamanlı
Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb 

Binəqədi rayonu ərazisində yerləşən avtomobil təmiri sexlərinin birinin qarşısından “Daewoo” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 

DİN-nin mətbuat xidmətindən "Opeartiv Media"ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini Eldar Nağıyev Gəncə şəhəri ərazisində avtomobillə birgə saxlanılıb.

O, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Araşdırma aparılır.

Digər xəbərlər