Sumqayıt şəhəri 45-ci məhəllədə şəhər sakini A.Hüseynovun 183 manatının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
DİN-dən "Operativ Media"ya verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər də soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Zahid Kazımov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.






