Yaponiyanın şimal-şərqində 4,9 bal gücündə zəlzələ baş verib

Nərmin Qocamanlı
Yaponiyanın şimal-şərqində 4,9 bal gücündə zəlzələ baş verib

Yaponiyanın şimal-şərqində, Fukusima prefekturasının sahillərində zəlzələ baş verib.

"Operativ Media" xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, Fukusimanın İsinomaki sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ Yaponiya saatı ilə 10:01-də və 50 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələnin Yaponiyanın Miyaqi, İvate, Yamaqata və İbaraki əyalətlərində hiss olunduğu qeyd edilib.

Digər xəbərlər