Rusiyanın Zabaykal diyarında iaşə xidməti sənayesində spirtli içki satışı gecə saat 23:00-dan gündüz 12:00-dək məhdudlaşdırılır.
Operativ Media xəbər verir ki, bu barədə oktyabrın 29-da regional qanunvericilik məclisinin saytı məlumat yayıb.
Məhdudiyyətlər çoxmənzilli binalarda yerləşən kafe, bar və bufetlərə şamil edilir. Restoranlar və gecə klubları adi qaydada fəaliyyət göstərməyə davam edəcək.
Bundan əlavə, dini yerlərin yaxınlığında spirtli içkilərin pərakəndə satışına da qadağa qoyulub.
Qanun layihəsinin 1 mart 2026-cı il tarixində qüvvəyə minəcək.
İyun ayında regionda barlarda, restoranlarda və mağazalarda spirtli içki satışının saatlarının məhdudlaşdırılmasını təklif edilib. Bu təklif artan cinayətkarlıq səviyyəsinə cavab olaraq irəli sürülüb.
Qeyd edilib ki, 2025-ci ilin əvvəlindən bəri Zabaykal diyarında 7972 cinayət qeydə alınıb. 3417 cinayətdən 1121-i spirtli içkinin təsiri altında olan şəxslər tərəfindən törədilib.






