ABŞ iqtisadiyyatı 2022-ci ilin son rübündə 2,9 faiz artıb

Nərmin Qocamanlı
ABŞ iqtisadiyyatı 2022-ci ilin son rübündə 2,9 faiz artıb

ABŞ iqtisadiyyatı 2022-ci ilin dördüncü rübündə gözləniləndən çox 2,9 faiz artıb.

"Operativ Media" xəbər verir ki, ABŞ Ticarət Departamenti 2022-ci ilin oktyabr-dekabr ayları üçün Ümumi Daxili Məhsulun (ÜDM) aparıcı rəqəmlərini açıqlayıb.

Müvafiq olaraq, ABŞ-da ÜDM ötən ilin son rübündə illik 2,9 faiz artıb.

Qeyd edək ki, ABŞ iqtisadiyyatının sözügedən dövrdə yüzdə 2,6 böyüməsi gözlənilirdi.

Ölkə iqtisadiyyatı ötən ilin birinci rübündə 1,6 faiz, ikinci rübündə isə 0,6 faiz azaldıqdan sonra üçüncü rübdə 3,2 faiz artıb. 

Digər xəbərlər