Xəzərdə zəlzələ baş verib

Nərmin Qocamanlı
Xəzərdə zəlzələ baş verib
Zəlzələnin maqnitudası 3.1 olub.

Yanvarın 25-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, saat 17:22-də qeydə alınan zəlzələnin maqnitudası 3.1-ə bərabər olub.

Yeraltı təkanların ocağı 66 kilometr dərinlikdə yerləşib.

Digər xəbərlər