Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 6,1 bal gücündə zəlzələ baş verib.
"Operativ Media" xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzinin verdiyi açıqlamaya görə, səhər saatlarında 6,1 bal gücündə zəlzələ qeydə alınıb, episentri bölgənin şimalındakı Aksu vilayətinin Şayar rayonunda olub. Zəlzələ yerin 50 kilometr dərinliyində baş verib.
Zəlzələ nəticəsində insan tələfatı və maddi tələfat barədə hələlik məlumat verilmir.
Dövlət televiziyası CCTV zəlzələ zamanı hava limanında sərnişinlərin təxliyyə edilməsi, terminalın döşəməsinin silkələnməsi və tavan işıqlarının silkələnməsi görüntülərini yayıb.
Yeraltı sərvətlərlə zəngin olan rayonda elektrik şəbəkəsində, neft və təbii qaz hasilatı və neft-kimya obyektlərində heç bir ziyan aşkar edilməyib .
ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasının 5,7 olduğunu açıqlayıb






