Sumqayıtda gənc oğlan idman zalında ölüb - YENİLƏNİB

Operativ Media
Sumqayıtda gənc oğlan idman zalında ölüb - YENİLƏNİB

Sumqayıtda 21 yaşlı oğlanın ölümünün təfərrüatları məlum olub.

Operativ Media xəbər verir ki, 2004-cü il təvəllüdlü Adil Eyvazovun ölümünə səbəb onun hündürlükdən yıxılması olmayıb.

Gənc 6-cı mikrorayon ərazisində yerləşən idman zalında məşq zamanı qəfil özünü pis hiss edib və dünyasını dəyişib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata əsasən, Adil Eyvazov taekvondo ilə məşğul imiş.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

23:12

Sumqayıtda bədbəxt hadisə baş verib.

Operativ Media xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb.

2004-cü il təvəllüdlü Adil Eyvazov mənzilin eyvanından yıxılaraq hadisə yerində ölüb.

Onun ehtiyatsızlıq nəticəsində yıxıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər