Vaşinqton yaxınlığında təyyarənin qəzaya uğramasından sonra Potomak çayından 30-dan çox adamın cəsədi çıxarılıb.
Operativ Media xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrə istinadən xəbər verir.
“Xilasedicilər 30-dan çox meyiti sudan çıxarıblar”, - telekanalın açıqlamasında deyilir.
___________________________________________________________________
Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib.
Azərbaycan XİN Vaşinqtondakı təyyarə qəzası ilə bağlı başsağlığı verib.
___________________________________________________________________
***
09:02
Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi “Blackhawk” helikopteri ilə toqquşaraq Potomak çayına düşüb.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, sərnişin təyyarəsinin göyərtəsində ekipaj üzvləri ilə birlikdə 64 nəfər olub. 
Axtarış-xilasetmə tədbirləri nəticəsində çaydan 19 nəfərin cəsədi çıxarılıb.
Hadisə nəticəsində 4 nəfərin sağ qaldığı bildirilir






