Belçikada 40 ildir fəaliyyət göstərən Tihange 2 nüvə reaktoru bu gün həmişəlik bağlanacaq.
"Operativ Media" xəbər verir ki, avropada enerji böhranına baxmayaraq, Belçikanın Huy şəhərindəki Tihange 2 nüvə reaktorunun fəaliyyəti bu gün yerli vaxtla saat 23:59-da dayandırılacaq.
Beləliklə, 1983-cü ildə işə başlayan nüvə reaktorunun 40 illik istismardan sonra elektrik şəbəkəsinə qoşulması dayandırılacaq.
Belçikada əvvəlki hökumətlərin qəbul etdiyi qərarlar istiqamətində hazırlanan nüvə çıxış qanunu səbəbiylə bağlanacaq olan Tihange Atom Elektrik Stansiyasının 3 reaktorundan biri olan Tihange 2 reaktoru illik 1055 meqavat elektrik istehsal gücünə sahib idi.
Belçikada cəmi 7 reaktor, Hollandiya sərhədinə yaxın Doel AES-də 4, Almaniya və Lüksemburq sərhədinə yaxın Tihange AES-də 3 reaktor işləyirdi.
Bu reaktorlar tərəfindən istehsal olunan elektrik enerjisi adətən ölkənin tələbatının təxminən yarısını ödəyirdi.
Rusiya-Ukrayna müharibəsindən əvvəl Belçika hökuməti 2025-ci ildə atom elektrik stansiyalarının istismardan çıxarılması planını hazırlamışdı.






