Türkiyənin turizm gəliri 2022-ci ildə bir əvvəlki ilə görə yüzdə 53,4 artıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı məlumat yayıb.
Qeyd edilib ki, turizm gəlirləri bir əvvəlki ilə görə yüzdə 53,4 artaraq 46 milyard 284 milyon 907 min dollara çatıb. Ötən ilki gəlirin 34 milyard 477 milyon 12 min dollarını şəxsi xərclər, 11 milyard 807 milyon 895 min dollarını isə paket tur xərcləri təşkil edib.
Türkiyədən gedən ziyarətçilərin sayı 2022-ci ildə bir əvvəlki ilə görə yüzdə 75 artaraq 51 milyon 369 min 26 nəfərə çatıb. Bunların 13,7 faizi 7 milyon 27 min 504 nəfəri xaricdə yaşayan vətəndaşlar olub.






