BDU “QS Stars” audit qiymətləndirilməsində 5 ulduza layiq görülüb

Nərmin Qocamanlı
BDU “QS Stars” audit qiymətləndirilməsində 5 ulduza layiq görülüb
Bakı Dövlət Universiteti (BDU) “QS Stars” audit qiymətləndirilməsində 5 ulduza ("Excellent") layiq görülüb.

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatı tərəfindən Azərbaycan ali təhsil müəssisələri üzrə “QS Stars” reytinq qiymətləndirməsinin ilk nəticələri elan olunub.

Operativ Media xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb:

"Belə ki, qiymətləndirmənin yekunlaşdığı Bakı Dövlət Universitetinin ümumi fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib. Ümumilikdə 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən Bakı Dövlət Universiteti 7 kateqoriya üzrə 5 ulduz (“mükəmməl”) əldə edib.

Qeyd edək ki, “QS Stars” ali təhsil müəssisələrinin müxtəlif istiqamətlərdə fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemidir. Sözügedən sistem universitetlərin güclü və inkişaf etdirilməli sahələrini müəyyən etməyə dəstək olmaqla onların qlobal səviyyədə tanınmasına töhfə verir.

Bu uğurlu nəticəyə görə Bakı Dövlət Universitetini təbrik edir, “QS Stars” qiymətləndirməsi davam edən digər ali təhsil müəssisələrinə uğurlar arzu edirik".

Digər xəbərlər