“Kalaşnikov” konserni KTMT ölkələrinə silah və sursat tədarükü ilə bağlı müqavilələr imzalayıb

admin
“Kalaşnikov” konserni KTMT ölkələrinə silah və sursat tədarükü ilə bağlı müqavilələr imzalayıb

Mərkəzi Elmi Tədqiqat Dəqiq Mühəndislik İnstitutu (“Kalaşnikov” konserni) əsasən KTMT ölkələrinə silah və sursatların tədarükünə dair yeni müqavilələr imzalayıb.

"Operativ Media" Ordu.az-a istinadən xəbər verir ki, bu barədə “İnterfaks” institutunun mətbuat xidməti məlumat yayıb.

“Tərəfdaşlarla aparılan texniki və kommersiya danışıqları nəticəsində bir sıra sövdələşmələr bağlanılıb, onların həyata keçirilməsi 2023-cü ildə planlaşdırılır. Müəssisə əsasən KTMT-yə üzv dövlətlərə silah və sursatların tədarükü üçün 10-dan çox kommersiya təklifi hazırlayıb”, - məlumatda deyilir.

Konsernin məlumatlarına görə, şirkət ixrac məhsullarının tədarükünü Rusiyaya dost ölkələrin, o cümlədən KTMT üzvü olan ölkələrin bazarlarına yönləndirib.

Digər xəbərlər