Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla gərgin danışıqlardan sonra Oval kabineti erkən tərk edib.
Operativ Media xəbər verir ki, bu barədə “Reuters” Ağ evin nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Ukraynanın dövlət başçısı ABŞ-dən olan həmkarı ilə işgüzar nahar etməli idi və hər iki lider birgə mətbuat konfransı zamanı minerallar üzrə saziş imzalamağa hazırlaşırdılar.
Lakin Zelenskinin zirehli yolsuzluq avtomobili Trampın “Truth Social”dakı paylaşımından bir neçə dəqiqə sonra qəfildən Ağ evin Qərb Qanadının qapısına yaxınlaşıb.
Agentlik qeyd edib ki, hazırda danışıqların qrafikində heç bir dəyişiklik olmayıb.
21:43
ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski Oval kabinetdə Ukraynada sülhün bərqərar olması, tərəfdaşlığın dərinləşdirilməsi və digər mühüm aspektlər üzrə genişəhatəli müzakirələrə başlayıblar.
Operativ Media xəbər verir ki, görüş hər iki tərəfdən rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçirilir.
20:39
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gəlib.
Operativ Media xəbər verir ki, danışıqların əsas mövzularından biri ABŞ-nin Ukraynada dağ-mədən sənayesinin inkişafında iştirakını nəzərdə tutan faydalı qazıntılar sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması olacaq.
Bundan əlavə, təhlükəsizlik və Ukrayna ilə Rusiya arasında hərbi münaqişənin həlli məsələlərinin müzakirə olunacağı gözlənilir.






