Xırdalanda iaşə obyektində baş vermiş yanğın tam söndürülüb, 45 nəfər sakin təxliyə olunub – YENİLƏNİB 1

admin
Xırdalanda iaşə obyektində baş vermiş yanğın tam söndürülüb, 45 nəfər sakin təxliyə olunub – YENİLƏNİB 1
Xırdalan şəhərində baş vermiş yanğının qarşısı alınıb.

Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Operativ Media FHN-nə istinadən xəbər verir ki, yanğın nəticəsində ümumi sahəsi 500 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli restoranın yanar konstruksiyaları və restorana bitişik ümumi sahəsi 860 m² olan birmərtəbəli fitnes klubun dam örtüyünün taxta atmaları 65 m² sahədə yanıb.

Fitnes klubun böyük hissəsi, əraziyə bitişik altımərtəbəli yaşayış binası və ümumi sahəsi 2400 m² olan müxtəlif təyinatlı obyektlər yanğından mühafizə edilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasından ümumilikdə 45 nəfər sakin təxliyə olunub.

***

Xırdalan şəhərində baş vermiş yanğın tam söndürülüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb”, – FHN-in məlumatında qeyd olunub.

***

02:15

Fövqəladə Hallar Nazirliyinin qüvvələri Xırdalandakı iaşə obyektində baş verən yanğının yaxınlıqdakı obyektlərə yayılmasının qarşısını alıb.

Bu barədə Operativ Media-a FHN-dən bildirilib.

“Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. Yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin çevik və koordinasiyalı fəaliyyəti sayəsində yanğının yaxınlıqdakı obyektlərə yayılmasının qarşısı alınıb”, – məlumatda qeyd olunub.  

Bildirilib ki, hazırda yanan obyektin bütün perimetri boyu qüvvələr tərəfindən yanğına fəal müdaxilələr edilir.

01:30

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. 

Nazirlikdən Operativ Media-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. 

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

YouTube video

Digər xəbərlər