Neft Emalı Zavodunun ərazisindəki yanğın tam söndürülüb - YENİLƏNİB 4

admin
Neft Emalı Zavodunun ərazisindəki yanğın tam söndürülüb - YENİLƏNİB 4
Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.

Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

Operativ Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

***

10:32

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. 

Bu barədə Operativ Media-ya FHN-dən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

10:57

Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş verən yanğınla bağlı  atmosfer havasında monitorinq-ölçmə işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri əraziyə yollanıb.

Bu barədə Operativ Media Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib

***

10:31

Neft Emalı Zavodunun ərazisində başlayan yanğınla bağlı ünvana 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Bu barədə Operativ Media-ya TƏBİB məlumat verib.

***

10:27

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

Bu barədə Operativ Media-ya DİN-in Mətbuat Xidmətindən bildirilib.

Belə ki, polis əməkdaşları tərəfindən ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülür.

***

10:14

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bu barədə Operativ Media-ya FHN məlumat verib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

Digər xəbərlər