Bakıda qadına qarşı soyğunçuluq edilib.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yanvarın 5-də Bakı şəhər sakini olan bir qadının içərisində pulu, bank kartları və açarları olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Asim Məmmədov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Yasamal rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 700 manatı olan çantasının soyğunçuluq yolu ilə talanması barədə 29-cu Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Zərdab rayon sakini Əşrəf Mahmudov müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.






