BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq

Əsəd Abbaslı
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
"Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq."

BMT-nin baş katibi Antoniu Quterreş Azərbaycan və Ermənistanın sülh sazişinin bütün mətni üzrə razılığa gəlməsi ilə bağlı bəyanat yayıb.

Operativ Media xəbər verir ki, bu barədə Anadolu Ajansı məlumat yayıb.

Məlumata əsasən, Quterreş razılaşmanı alqışlayıb və normallaşmaya və bütün davam edən məsələlərin həlli cəhdlərinə güclü dəstəyini ifadə edib.

Xatırladaq ki, ötən gün Azərbaycan və Ermənistan XİN-ləri Bakı və İrəvan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatdığını rəsmən bildiriblər.

Digər xəbərlər