Bakı-Quba yolunda ağır tonnajlı yük maşınları toqquşub - FOTO

Nərmin Qocamanlı
Bakı-Quba yolunda ağır tonnajlı yük maşınları toqquşub - FOTO

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Quba yolunda ağır tonnajlı yük maşınlarının toqquşması nəticəsində qeydə alınan yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

Baş idarənin şöbə rəisi Rövşən Tağıyev mətbuatın sorğusuna cavab olaraq bildirib ki, hadisə bu gün səhər saatlarında Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonu Zarat kəndi ərazisindən keçən hissəsində baş verib:

“Qeyd edilən magistral yolun 84-cü km-də “Mercedes-Benz” markalı 99-UT-794 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “KamAZ” markalı 77-JD-854 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində “KaMAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü Əhmədov Etibar yüngül bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır”

Şəkil Qalereyası

Bakı-Quba yolunda ağır tonnajlı yük maşınları toqquşub - FOTO - Şəkil 1
Bakı-Quba yolunda ağır tonnajlı yük maşınları toqquşub - FOTO - Şəkil 2

Digər xəbərlər