İlham Əliyev Moskvaya səfər edəcək - YENİLƏNİB

Nərmin Qocamanlı
İlham Əliyev Moskvaya səfər edəcək - YENİLƏNİB
Azərbaycan Prezidenti mayın 9-da Moskvada Qələbə Paradında iştirak edəcək.

Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyanın Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng ediblər.

Operativ Media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məkumat yayıb.

Səmimi və dostluq mühitində keçirilmiş telefon söhbəti zamanı prezidentlər dövlətlərarası münasibətlərin gələcək inkişafına dair fikir mübadiləsi aparıblar. 

Vladimir Putin dövlətimizin başçısını Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənəli tədbirlərə dəvət edib. 

Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib. 

Dövlət baçşıları Moskvada Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə görüşəcəkləri barədə razılaşıblar.

***

19:43

Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Tacikistan Prezidentu Emoməli Rahmon və Azərbaycam Prezidenti İlham Əliyev arasında telefon danışığı olub

Operativ Media xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məlumata görə, birgə qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefonla əlaqə saxlayıblar.

Səmimi, mehriban söhbət olub, liderlər dövlətlərarası münasibətlərin gələcək inkişafı ilə bağlı bir sıra aktual məsələləri müzakirə ediblər.

Mayın 9-da Moskvada Qələbənin 80 illiyinə həsr olunmuş bayram tədbirləri zamanı görüşmək razılaşdırılıb.

Digər xəbərlər