Mehriban Əliyeva Valentina Matviyenko ilə görüşüb

Əsəd Abbaslı
Mehriban Əliyeva Valentina Matviyenko ilə görüşüb
Görüş zamanı humanitar layihələr, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Xəbər verdiyimiz kimi, Rusiyanın Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycana gəlib.

Operativ Media xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Matviyenko ilə görüşüb. 

Birinci vitse-prezident Mehriban Əliyeva Valentina Matviyenkonu salamlayaraq, onun ölkəmizə səfərinin ölkələrimiz arasında parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcəyini qeyd etdi.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri qəbula və qonaqpərvəliyə görə Birinci vitse-prezidentə təşəkkürünü bildirdi.

Qonaq ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında parlamentlərarası əlaqələrin və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğuladı.

Görüşdə Azərbaycan ilə Rusiya arasında münasibətlərin strateji müttəfiqlik xarakteri daşıdığı qeyd olunaraq ikitərəfli mədəni-humanitar əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Digər xəbərlər