Vəkil Vüsal Mirzəyevin Sumqayıt şəhərində yaşadığı evdə intihar etməsinə dair şəhər prokurorluğunda araşdırma aparılır.
"Operativ Media"nın xəbərinə görə, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən sorğuya cavab olaraq bildirilib.
Vüsal Mirzəyevin üzərindən aşkar edilmiş əlyazmada ölümündə heç kəsi günahlandırmaması qeyd edilib.
***
13:45
Vəkillər Kollegiyasının üzvü Vüsal Mirzəyev intihar edib.
"Operativ Media" xəbər verir ki, hadisə Sumqayıtda baş verib.
Vəkil özünü yaşadığı həyətdə qaz borusundan asıb.
Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.