Myanmada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 3085 nəfərə, xəsarət alanların sayı isə 4715 nəfərə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
“Aprelin 3-də yerli vaxtla səhər saat 8-ə Myanmada baş vermiş güclü zəlzələ nəticəsində 3085 nəfər ölüb, 4715 nəfər xəsarət alıb, daha 341 nəfər itkin düşənlər siyahısındadır”, - agentliyin açıqlamasında bildirilir.
***
06:47
Martın 28-də Myanmada baş vermiş zəlzələlərdə ölən və yaralananların sayı artıb.
Operativ Media xəbər verir ki, bu haqda Myanma dövlət televiziyası (MRTV) məlumat yayıb.
Zəlzələlər nəticəsində ölənlərin sayı 3003-ə, yaralıların sayı isə 4639-a yüksəlib.