Ağdam Sənaye Parkının rezidentlərinin sayı 31-ə çatıb
Operativ Media
“Saloğlu Qarabağ” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib, bununla da Parkın rezidentlərinin sayı 31-ə çatıb.
İZİA-dan Operativ Media-ya verilən məlumata görə, yeni rezident tərəfindən Sənaye Parkının ərazisində müxtəlif təyinatlı mebellərin, yumşaq panel və metal aksesuarların istehsalı nəzərdə tutulur.
İnvestisiya dəyəri 6 milyon manat olacaq müəssisədə istehsal ediləcək məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da həyata keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net