"Milan"ın futbolçusu bir aylıq sıradan çıxdı

Əziz Əzizli
"Milan"ın futbolçusu bir aylıq sıradan çıxdı

Milan"ın və ABŞ millisinin yarımmüdafiəçisi Kristian Pulişiç zədə səbəbindən bir aya yaxın yaşıl meydanlardan kənarda qalacaq.

Operativ Media xəbər verir ki, bu haqda ESPN məlumat yayıb.

27 yaşlı amerikalı bud nahiyəsindən zədə alıb və Milanda ətraflı müayinədən keçəcək.

Oktyabrın 11-də yoldaşlıq görüşlərində Ekvadorla 1:1 hesablı heç-heçə edən ABŞ millisi daha sonra Avstraliyanı 2:1 hesabı ilə məğlub edib. İkinci oyunda o, 31-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.

Yarımmüdafiəçi İtaliya çempionatında "Fiorentina", "Piza", "Atalanta", "Roma" və "Parma" ilə matçları buraxa bilər.

Pulişiç 2025/26 mövsümündə "Milan"ın heyətində 8 matçda 6 qol vurub və 2

Digər xəbərlər