Bu ilin 9 ayında bərpaolunan enerji mənbələrindən 64,5 milyon kilovat-saat artımla 3 milyard 139,1 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Operativ Media xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, doqquz ay ərzində elektrik enerjisinin istehsalı “AzərEnerji” ASC üzrə 19 milyard 520,7 milyon kilovat-saat (İES-lərdə 17 milyard 70,6 milyon kilovat-saat, SES-lərdə 2 milyard 401,1 milyon kilovat-saat, GES-lərdə 49 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 21,5 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 2 milyard 256,5 milyon kilovat-saat təşkil edib.