Siyəzəndə avtomobil oğrusu saxlanılıb 

Nərmin Qocamanlı
Siyəzəndə avtomobil oğrusu saxlanılıb 

Siyəzən RPŞ-yə rayon sakininə məxsus  “VAZ-21099” markalı avtomobilin oğurlanması  barədə məlumat  daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Valeh Quliyev saxlanılıb. 

Faktla bağlı Siyəzən  RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.

Digər xəbərlər