"Qarabağ" Avropada ən az qol buraxan komandalar sırasındadır

Operativ Media
"Qarabağ" Avropada ən az qol buraxan komandalar sırasındadır

Avropanın milli çempionatlarında ən az qol buraxan komandalar müəyyənləşib.

Operativ Media  xəbər verir ki, siyahının ilk sıralarında Azərbaycan Premyer Liqasının iştirakçısı “Qarabağ” da var.

Son çempion cari mövsüm çempionatda etibarlı müdafiə xətti ilə diqqət çəkir. Qurban Qurbanovun yetirmələri ilk 8 görüşdə qapısından ümumilikdə 3 qol buraxıb. “Qarabağ” bu göstəriciyə görə qitənin 3-cü pilləsində qərarlaşır. Ağdamlılarla yanaşı, İtaliya təmsilçisi “Roma” və İngiltərə nəhəngi “Arsenal” da eyni statistikaya imza atıb. “Qarabağ”, “Roma” və “Arsenal” ən az qol buraxan klubların sıralamasında 3-cü yeri bölüşürlər.

Reytinqə San Marino klubu “Tre Fiori” və Portuqaliya təmsilçisi “Portu” başçılıq edirlər. Hər iki komanda hazırkı ana qədər 2 top buraxıblar. “Tre Fiori” 7, “Porto” isə 9 qarşılaşmada cəmi 2 qola üzülüb.

Qeyd edək ki, ehtiyatında bir oyun olan “Qarabağ” 17 xalla Premyer Liqada 2-ci pillədə qərarlaşır.

Digər xəbərlər