Tramp Pentaqona dərhal nüvə silahı sınaqlarına başlamağı əmr edib
Şəfa Hüseynli
ABŞ Prezidenti Donald Tramp ABŞ-nin nüvə silahı sınaqlarına başladığını elan edib, o, Pentaqona müvafiq göstəriş verib.
Operativ Media xəbər verir ki, bu barədə Tramp "Truth" sosial şəbəkəsində yazıb.
Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar digər ölkələrdən daha çox nüvə silahına malikdir.
"Rusiya ikinci, Çin isə üçüncü yerdədir, lakin beş il ərzində onu tutacaq. Digər ölkələrin sınaq proqramlarını nəzərə alaraq, mən Müdafiə Departamentinə nüvə silahlarımızı bərabər səviyyədə sınaqdan keçirməyə başlamağı əmr etdim. Bu proses dərhal başlayacaq", -Donald Tramp qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net