Ana səhifə / Dünya / Misirdə Nil çayında içərisində 200 turistin olduğu səyahət gəmisi yanıb Misirdə Nil çayında içərisində 200 turistin olduğu səyahət gəmisi yanıb 30.10.2025, 08:07 Şəfa Hüseynli Misirdə Nil çayında turist gəmisi alovlanıb. Operativ Media xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, nəticədə 200-dən çox turust təxliyə edilib. Müxtəlif ölkələrdən gələn təxminən 200 turistin təxliyəsini asanlaşdırmaq üçün gəmi Esna yaxınlığında lövbər sahəsinə təcili olaraq yan alıb. Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.