Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Nərmin Qocamanlı
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Dünəndən başlayaraq Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub.

Aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub.

Operativ Media bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Digər xəbərlər