Azərbaycan və İsrail xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər - YENİLƏNİB 2

Nərmin Qocamanlı
Azərbaycan və İsrail xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər - YENİLƏNİB 2
Azərbaycan və İsrail XİN rəhbərləri BƏƏ-də danışıqlar aparıblar.

8 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əbu-Dabi şəhərində İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar ilə görüşüb.

Xarici İşlər Nazirloyindən (XİN) Operativ Media-ya verilən məlumata görə, görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional və qlobal vəziyyət müzakirə olunub.

İki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, humanitar sahələr üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın rolu qeyd olunub.

Tərəflər, habelə, yüksək texnologiyalar, səhiyyə və təhsil sahələrindəki təcrübə mübadiləsinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Ölkəmizin, Yaxın Şərq regionunda sülh və sabitliyin bərqərar edilməsini, o cümlədən İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həlli prosesini dəstəklədiyi bir daha qeyd olunub.

Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan sülh prosesi barədə ətraflı məlumatlandırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***
13:16

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsrailin xarici işlər naziri Gideon Saar arasında görüş olub.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin "X" hesabında paylaşım edilib.

Tərəflər iqtisadiyyat, ticarət, enerji, yüksək texnologiyalar, müdafiə və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparıblar.

Görüş zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən Yaxın Şərqdəki vəziyyət gündəmin əsas mövzusu olub.



***

13:10

Abu-Dabidə Azərbaycan və İsrail xarici işlər nazirləri arasında görüş olub.

Operativ Media xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri Gideon Saar öz "X" hesabında paylaşım edib. .

O, bildirib ki, görüşdə bir sıra məsələlər müzakirə edilib:

"Azərbaycanla münasibətlər genişlənir və strateji, diplomatik, iqtisadi, enerji və digər aspektləri əhatə edir. Onları gücləndirməyə davam edəcəyik!”, - nazir qeyd edib.

YouTube video

Digər xəbərlər