Rusiya ilə ABŞ arasında növbəti görüşün yeri məlum olub - YENİLƏNİB

Əsəd Abbaslı
Rusiya ilə ABŞ arasında növbəti görüşün yeri məlum olub - YENİLƏNİB
Rusiya ABŞ-la İstanbulda keçiriləcək görüşdə xarici işlər nazirliyi xətti ilə təmsil olunacaq.

Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsinin aprelin 10-da İstanbulda aparılacağı gözlənilir.

Operativ Media xəbər verir ki, bu barədə "RİA Novosti" nəşri məlumatlı mənbəyə istinadən məlumat yayıb.

"Görüş ayın 10-na planlaşdırılıb", - agentliyin mənbəsi qeyd edib.

14:09

Rusiya ilə ABŞ arasında növbəti görüş İstanbulda keçiriləcək.

Operativ Media əbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya ABŞ-la İstanbulda keçiriləcək görüşdə xarici işlər nazirliyi xətti ilə təmsil olunacaq.

"Bizim tərəfimizdən bu, Xarici İşlər Nazirliyi xətti ilə olacaq. Buna uyğun olaraq, Xarici İşlər Nazirliyindəki həmkarlarımızdan məlumat gözləyin", - Peskov vurğulayıb..

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Moskva və Vaşinqtonun ikitərəfli münasibətlərdə qıcıq doğuran amilləri aradan qaldırmaq və təmasları normallaşdırmaq üçün yeni görüş hazırladığını bildirib.

Onun sözlərinə görə, artıq İstanbulda bir görüş olub, indi ikinci görüş hazırlanır.

Digər xəbərlər