Rusiya ilə ABŞ arasında məsləhətləşmələr konstruktiv şəraitdə keçib - YENİLƏNİB

Əsəd Abbaslı
Rusiya ilə ABŞ arasında məsləhətləşmələr konstruktiv şəraitdə keçib - YENİLƏNİB
Nümayəndə heyətləri həmçinin diplomatik nümayəndəliklərin fəaliyyəti üçün bank xidmətlərinin göstərilməsi mümkünlüyünü müzakirə ediblər.

Rusiya və ABŞ ikitərəfli diplomatik münasibətlərdə narahatlıq doğuran məsələlərin aradan qaldırılması üçün yeni görüşün təşkili ilə bağlı planları müzakirə edib.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin İstanbulda keçirilən Rusiya-ABŞ məsləhətləşmələrinin yekunlarına dair yaydığı məlumatda bildirilib.

Yazılı bəyanatda qeyd olunub ki, İstanbulda nümayəndə heyətlərinə rəhbərlik edən dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter və Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev lazım gələrsə, yaxın vaxtlarda bu məsələlərlə bağlı yeni görüşün keçirilməsi imkanını müzakirə ediblər.

"Görüşün keçirilmə vaxtı və yeri, eləcə də iştirakçıların tərkibi sonradan müəyyən ediləcək", - ABŞ xarici siyasət idarəsi dəqiqləşdirib. Dövlət Departamentinin qiymətləndirməsinə görə, məsləhətləşmələrin hazırkı raundu tərəflərin "konstruktiv yanaşmanı" qoruyub saxladığını nümayiş etdirib.

Nümayəndə heyətləri həmçinin diplomatik nümayəndəliklərin fəaliyyəti üçün bank xidmətlərinin göstərilməsi mümkünlüyünü müzakirə ediblər.

"Fevralın 27-də keçirilən görüşdə müəyyən edilmiş konstruktiv yanaşmanı davam etdirərək, ABŞ və Rusiya nümayəndə heyətləri hər iki ölkədə ABŞ və Rusiya missiyalarının sabit bank xidmətləri ilə təmin edilməsi üçün razılaşmaların təsdiqlənməsi məqsədilə qeyd mübadiləsi aparıblar", - sənəddə vurğulanıb. Eyni zamanda, Dövlət Departamenti qeyd edib ki, görüşdə ABŞ nümayəndələri yerli heyətin işə qəbulunun qeyri-mümkünlüyü ilə bağlı "narahatlıqlarını ifadə ediblər", bu isə sənədə əsasən, "ABŞ-nin Moskvadakı səfirliyində işçi sayının sabit səviyyədə saxlanması üçün əsas maneədir".

11:11

İstanbulda Rusiya-ABŞ danışıqlarının ikinci raundu başlayıb.

Operativ Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya və ABŞ nümayəndə heyətləri səfirlik fəaliyyətinin bərpası və diplomatik əlaqələrin normallaşdırılmasını müzakirə etmək üçün İstanbulda danışıqların ikinci raundunu keçirir.

Bildirilib ki, danışıqlar qapalı formatda keçirilir.

Digər xəbərlər