Bu gün Meksikanın Qvadalaxara şəhərində cüdo üzrə Qran-Pri turniri start götürəcək.
Operativ Media xəbər verir ki, ilk yarış günündə iki çəki dərəcəsində dörd cüdoçumuz medallar uğrunda mübarizəyə qoşulacaq.
Kişilər arasında -60 kq çəki dərəcəsində 1/8 final mərhələsində Əhməd Yusifov İsrael Kruzalta ilə, Balabəy Ağayev isə Maksim Merlin ilə qarşılaşacaq.
-66 kq çəki dərəcəsində 1/16 finalda Yaşar Nəcəfov Georgios Balarcişvili ilə üz-üzə gələcək. Eyni çəkidə 1/8 finalda isə Ruslan Paşayev Romarik Vend-Yam Buda / Finley Allan cütünün qalibi ilə qarşılaşacaq.
Təsnifat görüşləri saat 23:00-da, final bloku isə oktyabrın 18-də saat 04:00-da başlayacaq.