Sel nəticəsində həlak olanların sayı artıb - YENİLƏNİB

Əsəd Abbaslı
Sel nəticəsində həlak olanların sayı artıb - YENİLƏNİB
Sel nəticəsində həlak olanların sayı 3-ə çatıb.

Şabranda sel nəticəsində həlak olanların sayı 3-ə çatıb.

Operativ Media xəbər verir ki, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin də meyiti aşkarlanıb. 

Onun meyiti Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb. 

Mərhumun seldə boğulduğu bildirilir.

Bundan əvvəl aprelin 16-da Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin - Şirvan şəhər sakini, 59 yaşlı Məmmədov Nurməmməd Qəhrəman oğlu və Salyan rayon sakini, 63 yaşlı Nağıyev Etibar Hafiz oğlunun meyiti aşkar edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

10:43

Şabran çayında meyiti tapılan şəxslərin kimliyi məlum olub.

Operativ Media xəbər verir ki, onlar 59 yaşlı Şirvan şəhər sakini Məmmədov Nurməmməd Qəhrəman oğlu və 63 yaşlı Salyan rayon sakini Nağıyev Etibar Hafiz oğludur.

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.

***

10:19

Aprelin 16-da Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Operativ Media FHN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.

Digər xəbərlər