Ceyhun Bayramov: “Ararat Mirzoyan ilə ADF çərçivəsində baş tutan görüş faydalı keçdi“

Nərmin Qocamanlı
Ceyhun Bayramov: “Ararat Mirzoyan ilə ADF çərçivəsində baş tutan görüş faydalı keçdi“
Ceyhun Bayramov Ararat Mirzoyan ilə ADF çərçivəsində baş tutan görüşü faydalı adlanırıb.

"Ermənistan XİN rəhbəri ilə Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində baş tutan danışıqları faydalı adlandırmaq olar".

Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sloveniyalı həmkarı ilə mətbuat konfransı zamanı bildirib.

"Hesab edirəm ki, erməni həmkarımla görüş kifayət qədər faydalı keçib. Bəli, bəlkə də bəzi məsələlərdə ortaq məxrəcə gələ bilmədik. Lakin qeyd etmək lazımdır ki, biz Antalya forumunun yaratdığı imkanlardan istifadə edərək əsas məqamları müzakirə etdik, fikir mübadiləsi apardıq. Biz bir daha təsdiq etdik ki, sülhün və dinc yanaşı yaşamanın tərəfdarıyıq", - nazir qeyd edib.

 

Digər xəbərlər