Yeni Papa necə seçiləcək? - 3 əsas namizəd

admin
Yeni Papa necə seçiləcək? - 3 əsas namizəd
Yeni Papa seçilənə qədər Vatikanda papalıq taxtını Kamerlenqo adlı kardinal idarə edir.

Papalıq taxtına əsas namizədlərin adları açıqlanıb.

Operativ Media həmin şəxləri təqdim edir:

Namizədlərdən biri 60 yaşlı Patriarch Pierbattista Pizzaballadır.

Siyahıda Donald Trampın tərəfdarı olan alman kardinal Gerhard Lüdviq Müller də var.

Son olaraq isə 2013-cü ildən Vatikanda çalışan Müqəddəs Taxt-Tacın dövlət katibi Pietro Parolin namizədlər sırasındadır.

Yeni Papanın əsas bu üç namizəd arasından seçiləcəyi gözlənilir.

21.04.2025

16:50

***

Roma Papası Fransiskin 88 yaşında vəfat etməsi ilə bağlı dünyanın diqqəti Vatikandadır.

Yeni Papanın kim olacağı ilə bağlı suallar hal-hazırda gündəmdədir.

Bəs yeni Papa necə seçiləcək?

Operativ Media məsələ ilə bağlı araşdırma aparıb:

Belə ki, Papanın dəfn mərasimindən sonra Vatikanda 20 gün ərzində yaşı 80-dən aşağı olan kardinallardan ibarət Konklav (Roma papasının ölümündən sonra yeni papanın seçilməsi məqsədilə toplanan kardinallar yığıncağı) təşkil ediləcək. Bu yığıncaq yeni papanın seçilməsi məqsədini daşıyır. Konklavda seçkilər üçün kardinallar toplanacaq və gizli şəkildə yeni Papa seçmək üzərində müzakirələr aparılacaq.

Aprel ayında Vatikan tərəfindən verilən məlumata görə, Konklavda 136 kardinal iştirak edə biləcək. Bu say Papa Fransiskin son təyinatları nəticəsində artmışdır. Seçimlər Vatikanın məşhur Sikstin kapellasında keçiriləcək və seçki prosesi bağlı qapılar arxasında aparılacaq.

Yeni Papa seçilməsi üçün kardinalların üçdə iki səs çoxluğuna ehtiyac var. Həmin kardinallar özləri seçiləcəyi halda bu vəzifəni qəbul edəcəklərsə yeni Papa elan ediləcək.

Papanın vəfatı və ya istefası halında yeni Papa seçilənə qədər Vatikanda papalıq taxtını Kamerlenqo adlı kardinal idarə edir.

 

Gülcahan Məmmədova

Digər xəbərlər