Son sutkada Qəzzada ən azı 45 nəfər həlak olub

Əziz Əzizli
Son sutkada Qəzzada ən azı 45 nəfər həlak olub
İsrail qüvvələri Fələstin anklavında köçkünlərin məskunlaşdığı çadır düşərgələrinə zərbələr endirib.

Aprelin 23-də Qəzza zolağında İsrail hərbi əməliyyatları nəticəsində azı 45 nəfər həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı tibbi mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 45 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Telekanal qeyd edir ki, gecə ərzində anklavda endirilən zərbələr nəticəsində ölənlərin sayı artmaqda davam edir.

Digər xəbərlər