Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını qəbuledilməz adlandırıb.
Operativ Media “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan məlumat yayıb.
"Baş nazir Paşinyan bu cür davranışı pisləyir. Bunu məsuliyyətsizlik və qəbuledilməz hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətlərin, xüsusən də qonşu dövlətlərin bayraqlarının yandırılmasına ölkə rəhbəri tərəfindən başqa münasibət ola bilməz. Bu təhrikedici davranışdır", - deyə o bildirib.
⚡️İrəvanın Respublika meydanında qondarma “erməni soyqırımı”nın 110 illiyinə həsr olunmuş “məşəl yürüşü” keçirilir.
— Operativ Media (@operativmedia) April 23, 2025
Ermənilər yürüşdə Azərbaycan və Türkiyə bayraqlarını yandırıblar. pic.twitter.com/6dz9HRe92x
YouTube video






