Özbəkistan vətəndaşı Türkiyədə zəlzələ zamanı ölüb

Əsəd Abbaslı
Özbəkistan vətəndaşı Türkiyədə zəlzələ zamanı ölüb
Həmin şəxs güclü qorxudan yaranan ürək çatışmazlığından vəfat edib.

Türkiyədə zəlzələ zamanı Özbəkistan vətəndaşı vəfat edib.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin İstanbuldakı Baş konsulluğu məlumat yayıb.

İlkin məlumata görə, həmin şəxs binanın yuxarı mərtəbəsində olub və güclü qorxudan yaranan ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, İstanbulda maksimum maqnitudası 6,2-yə çatan bir neçə zəlzələ baş verib.

Son məlumatlara görə, zərərçəkənlərin sayı 236 nəfər təşkil edib.

Digər xəbərlər