Kəşmirdə baş verən terror aktından sonra Hindistan və Pakistan arasında gərginlik artmaqda davam edir.
Operativ Media xəbər verir ki, Hindistanın Təhlükəsizlik Kabinetinin iclası keçirilib.
İclas zamanı Pakistana qarşı müxtəlif addımlar atmaqla bağlı qərar qəbul olunub.
Belə ki, Pakistan vətəndaşlarının bütün vizaları ləğv edilib və onlara 48 saat ərzində Hindistanı tərk etmək əmri verilib. Hindistan tərəfi Pakistanın əsas su mənbəyi olan Hind çayının axınını dayandırıb.
Qərarda vurğulanıb ki, Pakistanın Hindistanda olan hərbi rəsmilərinə mayın 1-ə qədər ölkəni tərk etməlidir. Eyni zamanda Attari quru sərhəd keçid məntəqəsi bağlanılıb.
Pakistan höküməti isə Hindistan ilə bütün ikitərəfli sazişləri, o cümlədən üçüncü Hind-Pakistan müharibəsindən sonrakı müqaviləni dayandırdığını açıqlayıb.
Eyni zamanda Pakistan tərəfi Hind çayı üzrə müqavilənin dayandırılmasını müharibə üçün əsas hesab etdiyini açıqlayıb. Bildirilib ki, Pakistana verilən suyun miqdarının azalması kənd təsərrüfatı böhranına və kütləvi aclığa səbəb ola bilər.
Pakistanın müdafiə naziri Xavaca Asif bildirib ki, Pakistan Hindistanın mümkün hərbi hücumuna qarşı hazırlıqlara başlayıb və belə bir ssenaridə tam gücü ilə cavab verəcək.
Xatırladaq ki, gərginliyə səbəb olan 22 apreldə baş verən terror aktı olub. Terror aktı zamanı 26 nəfər ölüb.