ABŞ-nin paytaxtı Vaşinqton və onun ətrafında yaşayan türk-amerikan icmasının üzvləri etiraz aksiyası keçiriblər.
Operativ Media bu barədə TRT Haber-ə istinadən xəbər verir.
Türkiyə səfirliyinin iqamətgahı qarşısında toplaşan türklər ermənilərin 1915-ci ildə baş verdiyini iddia etdikləri hadisələrin həqiqəti əks etdirmədiyini bildiriblər.






