Anar Quliyev WUF13-ün milli koordinatoru təyin edilib

admin
Anar Quliyev WUF13-ün milli koordinatoru təyin edilib
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü sessiyasının milli koordinatoru təyin edilib.

Prezidenti İlham Əliyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü sessiyasının milli koordinatoru təyin edilməsi barədə Sərəncam imzalayıb.

Operativ Media-nın məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, milli koordinator Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Adil oğlu Quliyev təyin edilib.

Sərəncamda qeyd edilib ki, Milli koordinatora Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq işlərinin aparılması səlahiyyəti verilir.

Digər xəbərlər