İranda baş verən partlayış nəticəsində 46 nəfər ölüb, təqsirkarlar tapılıb - YENİLƏNİB 13

admin
İranda baş verən partlayış nəticəsində 46 nəfər ölüb, təqsirkarlar tapılıb - YENİLƏNİB 13
İranda limanda partlayış baş verib.

İranın Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış və yanğının səbəbi səhlənkarlıq olub.

Operativ Media xəbər verir ki, bunu İranın daxili işlər naziri İsgəndər Momeni bildirib.

Onun sözlərinə görə, təqsirkarlar artıq tapılıb.

12:59

İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

***

27.04.2025

20:16

İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb.

Operativ Media xəbər verir ki, bunu əyalətin qubernatoru Məhəmməd Aşuri deyib.

Bundan əvvəl İran rəsmiləri və mediası 36 nəfərin öldüyünü və 1241 nəfərin yaralandığını bildirib.

12:41

İranda limanda partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb, 1139 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə İran mediası bildirib.

10:40

İranın Şəhid Rəcai limanında baş vermiş partlayışda yaralananların sayı 1 139 nəfərə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani sosial şəbəkədə məlumat yayıb.

“Şəhid Rəcai Limanında vəziyyət nəzarət altındadır. Tibb müəssisələrində 1 139 nəfər var. Onların bir hissəsi hava yolu ilə Şiraz və Luristana aparılıb”, – hökumət sözçüsü bildirib.

23:25.  26.05.25

Partlayış zamanı yanğının sürətlə yayılmasına səbəb, yanan maddələrin partlayıcı maddələrin hazırlanmasında istifadə olunan xammal hesab olunur.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, hazırda hadisənin təxribat nəticəsində baş vermə ehtimalı araşdırılır.

***

22:09

İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində azı 8 nəfər ölüb, 750 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

***

20:46

İranda partlayışdan sonra havaya təhlükəli çirkli maddələrin yayılması riski ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. 

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, Şəhid Rəcai limanında baş verən partlayışda azı 700 nəfərin yaralandığı, 7 nəfərin öldüyü bildirilir.

***

19:34

İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb.

Operativ Media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

***

16:55

İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb.

Operativ Media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

***
16:04

İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 516 nəfərə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

***
15:02

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.

Operativ Media-nın "Tasnim"ə istinadən verdiyi məlumata görə, bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.

Bildirilib ki, onlardan 195 nəfəri Hörmüzqandakı xəstəxanalara yerləşdiriliblər. 

Məlumatda ölənlərin sayının hələ ki məlum olmadığı da qeyd edilib. 

Partlayışın səbəbi araşdırılır. 

***

14:54. 26.05.25

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 80 nəfər xəsarət alıb.

Operativ Media"Tasnim"ə istinadən xəbər verir ki, bu barədə Hormüzqan əyaləti fövqəladə hallar üzrə idarəsi məlumat yayıb. 

Partlayış nəticəsində ölənlərin də olacağı ehtimal edilir.

Digər xəbərlər