Azərbaycanın hərbi pilotları növbəti təlim-məşq uçuşları keçiriblər - FOTO/VİDEO

admin
Azərbaycanın hərbi pilotları növbəti təlim-məşq uçuşları keçiriblər - FOTO/VİDEO
Hərbi pilotlarımızın döyüş hazırlığı və praktiki vərdişlərinin artırılması məqsədilə keçirilən uçuşlar zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bölmələrində “Super Muşşak” təlim təyyarələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.

Bu barədə Operativ Media-ya Müdafiə Nazirliyi məlumat verib.

Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan və təhlükəsizlik qaydaları elan olunduqdan sonra hərbi pilotlar “Super Muşşak” təlim təyyarələrinə nəzarət baxışı keçiriblər.
Təlimin planına uyğun olaraq, gənc təyyarəçilər havaya qalxma və yerə enmə, müəyyən edilmiş marşrutlar üzrə aviasiya qrupları tərkibində uçuşların icra edilməsi, müxtəlif hündürlüklərdə pilotaj manevrləri və digər təlim tapşırıqlarını uğurla yerinə yetiriblər

Hərbi pilotlarımızın döyüş hazırlığı və praktiki vərdişlərinin artırılması məqsədilə keçirilən uçuşlar zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

Şəkil Qalereyası

Azərbaycanın hərbi pilotları növbəti təlim-məşq uçuşları keçiriblər - FOTO/VİDEO - Şəkil 1
Azərbaycanın hərbi pilotları növbəti təlim-məşq uçuşları keçiriblər - FOTO/VİDEO - Şəkil 2
Azərbaycanın hərbi pilotları növbəti təlim-məşq uçuşları keçiriblər - FOTO/VİDEO - Şəkil 3
Azərbaycanın hərbi pilotları növbəti təlim-məşq uçuşları keçiriblər - FOTO/VİDEO - Şəkil 4
Azərbaycanın hərbi pilotları növbəti təlim-məşq uçuşları keçiriblər - FOTO/VİDEO - Şəkil 5

Digər xəbərlər