Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinə 550 min manat ayrılıb - SƏRƏNCAM

admin
Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinə 550 min manat ayrılıb - SƏRƏNCAM
Prezident Pir Həsən ziyarətgahında təmir-bərpa işləri üçün vəsaitin ayrılması haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Sərəncam imzalayıb.

Operativ Media xəbər verir ki, Sərəncama əsasən Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 550 min manat vəsait ayrılıb

Digər xəbərlər